"Mançester Siti" "Qızıl top" mükafatına layiq görülmüş yarımmüdafiəçisi Rodri ilə "Real"ın maraqlanmasından ciddi narahatdır.

Matc.az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.

Bildirilir ki, ingilis klubu 28 yaşlı futbolçu ilə 2027-ci ilin yayında başa çatacaq müqaviləni mümkün qədər tez uzatmaq istəyir. "Mançester Siti"nin prioriteti cari mövsümün sonuna qədər Rodri ilə müqavilənin uzadılmasına nail olmaqdır.

Mançesterlilər hesab edir ki, Rodrinin "Qızıl top"u alması "Mançester Siti" klub olaraq irəliləyişindən xəbər verir. Bu baxımdan ispaniyalı yarımmüdafiəçinin onlar üçün əhəmiyyəti də artıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest