Emreli keçmiş komandasında ildə 620 min avrodan çox (1 milyon 143 min manatdan çox) məvacib alıb.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin sabiq komandası “Dinamo”da nə qədər maaş aldığı bəlli olub. Matc.az xəbər verir ki, Xorvatiya mətbuatı 27 yaşlı futbolçunun Zaqreb klubundakı qazancını açıqlayıb.

Məlum olub ki, Emreli keçmiş komandasında ildə 620 min avrodan çox (1 milyon 143 min manatdan çox) məvacib alıb.

Qeyd edək ki, Mahir 2022-ci il fevral ayından formasını geyindiyi “Dinamo”nu bu ilin avqustunda Almaniyanın “Nürnberq” klubuna dəyişib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest