“Lion”un Fransa çempionatında “Nitsa” ilə oyunu təxirə salına bilər. Matc.az xəbər verir ki, Liqa1 təmsilçisi bununla bağlı müraciət edib. “Lion” bununla Avropa Liqasında “Qarabağ”a qarşı Bakıda keçiriləcək matça rahat hazırlaşacağını güman edir.

“Lion”un Fransa çempionatında “Nitsa” ilə oyunu təxirə salına bilər. Matc.az xəbər verir ki, Liqa1 təmsilçisi bununla bağlı müraciət edib.

“Lion” bununla Avropa Liqasında “Qarabağ”a qarşı Bakıda keçiriləcək matça rahat hazırlaşacağını güman edir.

Onlar Azərbaycan səfərinin 7 saatlıq uçuş və 4600 km yol qət etmək bahasına başa gələcəyini əsas gətirərək, çempionatdakı oyunun başqa vaxtda baş tutmasını tələb ediblər. Lakin Fransa Peşəkar Futbol Liqası (LFP) bu tələbi rədd edib.

Qeyd edək ki, “Qarabağ” – “Lion” görüşü noyabrın 28-də keçiriləcək. Liqa1-in XIII turunun “Lion” – “Nitsa” matçı isə dekabrın 1-də reallaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest