01 Noyabr 2024, 16:46
FUTBOL
“Feyenoord” tarixi rekorda imza atıb. Matc.az xəbər verir ki, Rotterdam klubu 45 illik rekordu təkrarlayıb.
Komanda ölkə çempionatının geridə qalan turunda “Utrext”i səfərdə 2:0 hesabı ilə məğlub edib. Bu, “Feyenoord”un ardıcıl 20-ci məğlubiyyətsiz səfər oyunudu. Adıçəkilən komanda sonuncu dəfə 1978-79 mövsümündə belə seriyaya imza atıb.
Qeyd edək ki, “Feyenoord” hazırda 19 xalla Erediviziyada turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.