"Real"ın vingeri Vinisius Junior və onu ətrafı braziliyalı futbolçunun 2024-cü ildə "Qızıl top"u qazana bilməməsindən sonra "Kral Klubu"nu tərk etmək ehtimalını daha aktiv şəkildə araşdırmağa başlayıblar.

Matc.az xəbər veir ki, bu barədə məlumatı AS paylaşıb.

Bildirilir ki, Vinisiusun çevrəsi hücumçunun klubu tərk etməsinə təsir edə biləcək bir neçə səbəbi müəyyən edir.

Birincisi, İspaniya çempionatında oynayan braziliyalı özünü getdikcə etibarsız hiss edir, çünki mütəmadi olaraq ona ünvanlanan irqçi təhqirlərlə üzləşir. Hakimlərin zaman-zaman onu təhqir edənləri deyil, irqçilik təzahürlərinə emosional reaksiya verən futbolçunun özünü cəzalandırması Vinisiusun xoşuna gəlmir. Eyni zamanda, "Qızıl top" mərasimində futbolçunun irqi ayrı-seçkiliyə qarşı mübarizəyə verdiyi töhfə göz ardı edilib.

İkincisi, hücumçunun ətrafındakılar futbolçunun şəxsi brendinin vacibliyini dərk edirlər. "Real"da Vinisius üçün Kilian Mbappe və ya Cud Bellinqem kimi digər ulduz futbolçulardan fərqlənmək daha çətindir. Bundan əlavə, oyunçu "Qızıl top"u niyə qazanmadığını anlayır, çünki səslərin bir hissəsi xüsusi olaraq komanda yoldaşları üçün verilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest