"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi "Elfsborq" İsveç çempionatında növbəti oyununu keçirib.

Matc.az xəbər verir ki, komanda 29-cu turda "Vasteras"ı qəbul edib və 1:0 hesablı qələbə qazanıb.

Oyunda yeganə qolu qarşılaşmanın 45+1-ci dəqiqəsində Rami Kaib vurub. Bu nəticədən sonra "Elfsborq" 44 xalla 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, "Elfsborq" – "Qarabağ" matçı dekabrın 13-də, Bakı vaxtı ilə 00:00-da start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest