03 Noyabr 2024, 18:20
FUTBOL
Bu gün Misli Premyer Liqasının 12-ci turunda "Səbail" səfərdə "Kəpəz"in qonağı olub.
Matc.az xəbər verir ki, Tovuzda baş tutan qarşılaşmada Gəncə təmsilçisi 90+5-ci dəqiqədə qələbə qazanıb.
Oyundan sonra keçirilən mətbuat konfransına qatılan "Səbail"in baş məşqçisi Şahin Diniyev rəhbərliyə istefa ilə bağlı müraciət etdiyini açıqlayıb.
Qeyd edək ki, 12 oyuna 2 qələbə, 1 heç-heçə və 9 məğlubiyyəti olan "Səbail" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.