Azərbaycan millisinin hücumçusu Mahir Emreli II Bundesliqada formasını geyindiyi "Nürnberq"də növbəti dəfə fərqlənib.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli II Bundesliqada formasını geyindiyi "Nürnberq"də növbəti dəfə fərqlənib.

Matc.az xəbər verir ki, XI turda "Hamburq"la qarşılaşmanın 63-cü dəqiqəsində rəqib qapısına yol taparaq komandasını məğlubiyyətdən xilas edib.

Oyunda hesabı 15-ci dəqiqədə meydan sahibləri açıb. Emreli isə komanda yoldaşı Robin Knoxenin ötürməsini qola çevirərək qarşılaşmada yekun hesabı müəyyənləşdirib – 1:1.

Qeyd edək ki, Mahir "Nürnberq"də ardıcıl 4-cü oyununda qol vurmağı bacarıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest