26 Dekabr 2024, 21:51
FUTBOL
İngiltərə Premyer Liqasında 18-ci turun oyunları davam edir.
Matc.az xəbər verir ki, bu gün "Çelsi" öz meydanında "Fulhem"i qəbul edib. London komandalarının qarşılaşmasında qonaqlar 2:1 hesablı qələbə qazanıb.
Beləliklə, "Fulhem" 1979-cu ildən bəri ilk dəfə "Çelsi"ni səfərdə məğlub edib. Bununla da "göylər"in hazırkı mövsümdə 13 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb.
Qeyd edək ki, "Çelsi" turnir cədvəlində 35 xalla 2-ci, "Fulhem" isə 28 xalla 8-ci yerdədir.