27 Dekabr 2024, 01:02
FUTBOL
"Barselona" yayda futbolçuların satışından ən azı 80 milyon avro qazanacağını gözləyir.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubu bəzi mərkəz müdafiəçiləri və yarımmüdafiəçiləri ilə ayrılmaq istəyir. "Barselona" da hücumçu Ansu Fati üçün sərfəli təklif alacağı təqdirdə onu satmağa hazırdır. Lakin futbolçunun özü komandanı tərk etmək istəmir.
Daha çox maaş alan müdafiəçilər Erik Qarsiya, Andreas Kristensenin, eləcə də yarımmüdafiəçilər Pablo Torre və Frenkie de Yonqun "Barselona"dan ayrılma ehtimalının yüksək olduğu vurğulanır.