Əfsanəvi türkiyəli məşqçi Fatih Terimin yeni komandası bəlli olub. Matc.az xəbər verir ki, 71 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanına köçüb.

“Qalatasaray”ın sabiq çalışdırıcısı “Əl-Şabab”la anlaşıb. Ər-Riyad klubu onunla müqavilə imzalandığını rəsmi saytı vasitəsilə açıqlayıb və paylaşımında “salam, İmperator” yazıb.

Qeyd edək ki, Fatih Terim son olaraq Yunanıstanda “Panatinaikos”un baş məşqçisi olub. Son vaxtlar onun adı “Neftçi” ilə birgə hallanırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest