“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş 16 illik antirekordu təkrarlayıb. Matc.az xəbər verir ki, portuqaliyalı futbolçu qırmızı vərəqə sayına görə bunu reallaşdırıb.

O, cari mövsüm Premyer Liqada üçüncü dəfə qırmızı vərəqə alıb. Belə ki, Fernandeş XVIII turda “Vulverhempton”la qarşılaşmada iki sarı vərəqə almaqla meydandan qovulub. Pleymeyker bununla Nemanya Vidiçə məxsus antirekordu təkrarlayıb.

Serbiyalı 2008-ci ildə bir mövsüm ərzində üç dəfə qırmızı vərəqə almışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest