27 Dekabr 2024, 11:49
FUTBOL
“Arzumu reallaşdırdım, avrokuboklarda oynamaq üçün “Qarabağ”a gəldim”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski deyib.
24 yaşlı qolkiper “przegladsportowy.onet.pl” saytına müsahibəsində Azərbaycan karyerasını dəyərləndirib. O, ölkəmizə gəldiyi üçün sevindiyini söyləyib: “Polşa nisbətən təhlükəsiz ölkədir. Ancaq Azərbaycanda təhlükəsizlik hissi daha böyükdür. Mən heç bir dava-dalaş, küçələrdə sərxoş və ya evsiz-eşiksiz insanlar görmədim. Azərbaycanı tam başqa cür təsəvvür edirdim”.
Qeyd edək ki, Mateuş Koxalski “Qarabağ”a yay fasiləsində “Stal”dan keçib.