27 Dekabr 2024, 13:07
FUTBOL
Birinci Liqada çıxış edən “Mingəçevir” klubunun 8 futbolçusu həbs olunub. Matc.az Publika.az-a istinadən xəbər verir ki, komanda ötən gün klubdaxili iclasa çağrılıb.
Futbolçular elə iclas zamanı həbs edilib. Böyük ehtimalla onların hər biri danışılmış oyunlarda şübhəli bilinir. Hadisədən bir gün öncə komandanın baş məşqçisi Ədəhim Niftəliyev istefaya göndərilib.
Qeyd edək ki, “Mingəçevir” I Liqanın 11 turundan sonra 6 xalla sonuncu – 10-cu sırada qərarlaşıb.