27 Dekabr 2024, 14:35
FUTBOL
"Atalanta" cari mövsümün əvvəlində "Qalatasaray"dan icarəyə götürdüyü Nikolo Zaniolo ilə bağlı qərar qəbul edib. Matc.az xəbər verir ki, İtaliya klubu hücumameyilli yarımmüdafiəçinin transfer hüququna yiyələnmək niyyətindədi.
"Atlanta" 6,4 milyon avroya icarəyə götürdüyü futbolçunu birdəfəlik transfer edəcək. Artıq tərəflər arasında danışıqlara start verilib. İtalyanlar bunun üçün türklərə əlavə 15,5 milyon avro təzminat ödəyəcəklər.
Qeyd edək ki, Zaniolo "Atalanta"nın heyətində 17 oyunda 3 qola imza atıb.