İtaliyanın "İnter" klubunun və Türkiyə yığmasının futbolçusu Hakan Çalhanoğlu açıqlama verib. Matc.az xəbər verir ki, o, karyerasını başa çatdırmaq istədiyi klubun adını bildirib.

Hakan bildirib ki, futbolla elə “İnter”də vidalaşmaq istəyir: “Artıq gənc oyunçu sayılmıram. Ümid edirəm ki, karyaramı "İnter"də bitirəcəyəm. Futbolda nə olacağını heç vaxt öncədən təxmin etmək mümkün deyil. “İnter”də bacardığım qədər uzun müddət qalmağı planlaşdırıram”.

Qeyd edək ki, Çalhanoğlu 2021-ci ilin yayında "Milan"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "İnter"ə keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest