“Barselona”nın futbolçusu Dani Olmo karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, onun adı “Mançester Yunayted”lə birgə hallanır.

Hətta Olmonun agenti ilə birlikdə Mançesterə getdiyi bildirilib.

“Barselona” maliyyə problemlərinə görə Olmonu qışda İspaniya çempionatında iştirak üçün qeydiyyatdan keçirməmək riski ilə üzləşib. Bu isə o deməkdi ki, ispan futbolçu azad agentə çevrilə və istədiyi klubla anlaşa bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest