27 Dekabr 2024, 16:30
FUTBOL
"Qarabağ"ın və Azərbaycan yığmasının müdafiəçisi Toral Bayramov Türkiyəyə köçə bilər. Matc.az xəbər verir ki, onun karyerasını Superliqada davam etdirmək variantı yaranıb.
Belə ki, "Trabzonspor" həmyerlimizlə yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Qara dəniz təmsilçisi 23 yaşlı futbolçunun oyununu bəyənir. "Trabzonspor"un yanvar ayında “Qarabağ”a rəsmi təkliflə müraciət edəcəyi bildirilib.
Toral Bayramov cari mövsümdə "Qarabağ"ın heyətində 29 görüşdə 8 qol müəllifi olub.
Qeyd edək ki, “Qarabağ”ın digər futbolçusu Olavio Juninyo isə “Sevilya”dan təklif alıb.