27 Dekabr 2024, 16:54
FUTBOL
“Lester”in baş məşqçisi Rud van Nistelroy Premyer Liqanın cari mövsümündə əsas çempionluq namizədini açıqlayıb. Matc.az xəbər verir ki, Niderland yığmasının sabiq üzvü “Liverpul”u rəqiblərindən bir addım öndə sayır.
“Əslində, İngiltərə çempionatında öncədən dəqiq proqnoz vermək olduqca çətin məsələdi. Lakin “Liverpul”un sabitliyinə baxanda deyə bilərəm ki, onların Premyer Liqanı qazanmaq şansı çoxdu”, - deyə van Nistelroy vurğulayıb.
Qeyd edək ki, “Liverpul” İngiltərə çempionatının 18-ci turunda “Lester”ə 3:1 hesabı ilə qalib gəlib.