27 Dekabr 2024, 17:27
FUTBOL
Komandanın “sükanı arxasına” Kemal Özdeş gətirilib.
Yığmamızın hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" klubu yeni məşqçi ilə anlaşıb. Matc.az xəbər verir ki, bu barədə Türkiyə I Liqa təmsilçisinin mətbuat xidmətinə məlumat yayıb.
Komandanın “sükanı arxasına” Kemal Özdeş gətirilib. Onunla 1,5 illik sözləşməyə qol çəkilib. 54 yaşlı mütəxəssis bu postda Kenan Koçakı əvəzləyib.
Qeyd edək ki, "Ankaragücü" I Liqada hazırda 8-ci pillədə qərarlaşıb.