“Arsenal” "Vulverhempton"un hücumçusu Mateus Kunyanı heyətinə qatmaqda israrlıdı. Matc.az xəbər verir ki, "topçular" braziliyalı forvardı nəyin bahasına olursa-olsun, transfer etməyi planlaşdırırlar.

"Vulverhempton" rəhbərliyi isə bu keçidə qarşıdı. Belə ki, rəhbərlik Kunyanı qışda buraxmaq istəmir.

Qeyd edək ki, “sambaçı”nın hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest