"Fənərbaxça" mövsümün sonuna qədər "Çelsi"nin hücumçusu Joao Feliksi transfer etməkdə maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, Türkiyə komandasının baş məşqçisi Joze Mourinyo "Əl-Nəsr"in yarımmüdafiəçisi Anderson Taliskanı yox, Feliksi icarəyə götürməsini istəyir. Portuqaliyalı futbolçunun "Çelsi"də aldığı oyun müddətindən narazı olduğu vurğulanır.

Qeyd edə ki, Feliks bu mövsüm "mavi-qaralar"ın heyətində bütün yarışlarda 16 matçda iştirak edib və 787 dəqiqə meydanda olub.

Joao Feliksin klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 30 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest