27 Dekabr 2024, 19:22
FUTBOL
Futbol üzrə Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku əməliyyat olunacaq.
Matc.az xəbər verir ki, 79 yaşlı mütəxəssis sağ omba nahiyəsindəki problemə görə cərrahi müdaxiləyə ehtiyac duyacaq. Rumıniyalı tanınmış çalışdırıcı yanvarın 16-da ölkə xaricində əməliyyat keçirəcək.
Qeyd edək ki, Mirça Luçesku məşqçilik karyerasında indiyədək "Qalatasaray", "Beşiktaş" (hər ikisi Türkiyə), "Şaxtyor" (Donetsk), "Dinamo" (Kiyev, hər ikisi Ukrayna) və "Zenit" (Rusiya) kimi tanınmış klublarda, eləcə də Türkiyə millisində işləyib.