27 Dekabr 2024, 20:16
FUTBOL
Barselona şəhərinin Arbitraj Məhkəməsi "Barselona"nın futbolçusu Dani Olmonu qeydiyyatdan keçirmək üçün müraciətini rədd edib.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Kataloniya klubu 26 yaşlı yarımmüdafiəçini 31 dekabra qədər La Liqada qeydiyyatdan keçirməlidir. Bu səbəbdən "Barselona" bu ayın 30-da bununla bağlı yeni məhkəmə prosesi üçün müraciət edəcək.
Qeyd edək ki, Kataloniya təmsilçisi son bir neçə ildə yeni futbolçularını qeydiyyatdan keçirməkdə çətinlik çəkir. Buna səbəb isə klubun La Liqanın maliyyə qaydalarına uyğun gəlməməsidir. Daha öncə "Barselona" Olmonu zədəli futbolçuları Andreas Kristensenin əvəzinə qeydiyyatdan keçirmişdi.