27 Dekabr 2024, 20:30
FUTBOL
Berlinin "Yunion" komandası danimarkalı mütəxəssis Bo Svensson ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki,bBu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Bundesliqa klubunda yeni baş məşqçinin kim olacağına yanvarda qərar veriləcək.
Qeyd edək ki, "Yunion" Almaniya çempionatının turnir cədvəlində 12-ci yerdədir. Komanda 15 matçda 17 xal toplayıb.