27 Dekabr 2024, 21:18
FUTBOL
"Qalatasaray"ın hücumçusu Mişi Batşuayi Türkiyəni tərk edə bilər.
Matc.az xəbər verir ki, belçikalı hücumçunu Qətərin "Əl-Sədd" klubu qışda heyətinə qatmağı planlaşdırır.
Komandanın baş məşqçisi Feliks Sançes özü Batşuayi ilə danışaraq onu Qətərə dəvət edib. Amma təcrübəli hücumçu qarşı tərəfə hələ ki, konkret cavab verməyib.
Qeyd edək ki, 31 yaşlı forvardın Türkiyə çempionu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.