"Real"ın baş məşqçisi Karlo Ançelotti "Globe Soccer" mükafatını qazanıb.

"Real"ın baş məşqçisi Karlo Ançelotti "Globe Soccer" mükafatını qazanıb. 

Matc.az xəbər verir ki, o, mükafata digər namizədlər Xabi Alonso ("Bayer"), Mikel Arteta ("Arsenal"), Luis de la Fuente (İspaniya yığması), Jan Pyero Qasperini ("Atalanta"), Xosep Qvardiola ("Mançester Siti") və Simone İndzagini ("İnter") qabaqlayaraq ilin ən yaxşı məşqçisi seçilib. 

Qeyd edək ki, Karlo Ançelottinin çalışdırdığı "Real" bu il Çempionlar Liqası, La Liqa, Superkubok, İspaniya Superkuboku və Qitələrarası Kubokun qalibi olub. Hazırda Madrid təmsilçisi İspaniya çempionatının turnir cədvəlində 40 xalla 2-ci yerdədir. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest