"Real" komandanın braziliyalı hücumçusu Vinisius Junioru özündə saxlamaq niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə AS məlumat paylaşıb.

Bildirilir ki, 2025-ci ilin yayında Madrid klubu futbolçu ilə yeni müqavilə bağlayacaq.

Daha əvvəl Səudiyyə klublarının braziliyalıya ciddi maraq göstərdiyi bildirilirdi.

Qeyd edək ki, Vinisius bu mövsüm ümumilikdə bütün turnirlərdə 20 oyun keçirib, 13 qol vurub və 9 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 200 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest