28 Dekabr 2024, 11:18
FUTBOL
"Arsenal"nin zədəli futbolçusu Bukayo Saka əməliyyat olunub.
Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mikel Arteta danışıb.
O, İngiltərə Premyer Liqasının 17-ci turunda “Kristal Pelas”la oyunda (5:1) sıradan çıxan 23 yaşlı hücumçunun hazırkı durumu haqda deyib:
“Bukayo əməliyyat olundu. Ehtimal edirik ki, 2 aydan çox oynamayacaq. İndi hər şey çapıq toxumasının necə sağalacağından, hərəkətliliyin necə görünəcəyindən asılıdır. Lakin o, mütləq uzun müddət yaşıl meydanlardan kənarda qalacaq”.
Qeyd edək ki, Saka bu mövsüm "topçular"ın heyətində Premyer Liqada 16 matçda iştirak edib, 5 qol vurub və 10 məhsuldar ötürmə verib. O, həmçinin Çempionlar Liqasında 5 matçda 4 qol vurub və 2 qol ötürməsi edib.