"Mançester Siti" 2025-ci ilin yanvarında "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendi üçün 50 milyon avro sərbəst buraxılma təzminatı ödəyə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Bildirilir ki, ispaniyalı futbolçu "Real Sosyedad"dan ayrılmağa razı olsa, "Mançester Siti" onun transferi üçün digər klublarla ciddi rəqabətlə üzləşəcək. Mançester klubu Subimendini zədəli Rodrinin əvəzləyicisi kimi nəzərdən keçirir.

Qeyd edək ki, bu mövsüm Subimendi bütün yarışlarda 21 matçda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 60 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest