“Turan Tovuz”un futbol akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə irqçiliyə qarşı mübarizə ilə bağlı seminar keçirilib.
“Turan Tovuz”un futbol akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə irqçiliyə qarşı mübarizə ilə bağlı seminar keçirilib.
Matc.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tovuz şəhər stadionunda keçirilən tədbirdə klubun akademiyasının koordinatoru Ülfət Mədətov, futbolda sosial məsuliyyət üzrə məsul şəxsi Elmir Musayev bu mövzuda mühazirə oxuyublar, maarifləndirici təqdimatlar ediblər.
Tədbirdə həyatın bütün sahələrində olduğu kimi, futbolda da irqçiliyə yer olmadığı vurğulanıb, bu mövzu ətrafında geniş müzakirə və fikir mübadiləsi aparılıb.