Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo gələcək planlarını açıqlayıb. 39 yaşlı hücumçu bu barədə "Globe Soccer Awards"ın mükafatlandırma mərasimində açıqlama verib.
Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo gələcək planlarını açıqlayıb.
Matc.az xəbər verir ki, 39 yaşlı hücumçu bu barədə "Globe Soccer Awards"ın mükafatlandırma mərasimində açıqlama verib.
O, məşqçi kimi çalışmaq istəmədiyini söyləyib:
"Heç vaxt məşqçi olmayacağam. Klub prezidenti? Yox. Hələ çox gəncəm, planlarım, arzularım çoxdur. Amma mən böyük klubun sahibi olacağam".
Qeyd edək ki, 39 yaşlı portuqaliyalı 2024-cü ildə Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib. O, ötən il də bu nominasiyanın qalibi olmuşdu.