2024-cü ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub.

Matc.az xəbər verir ki, dünyanın anrtirekordçularını İFFHS açıqlayıb.

İl ərzində üç futbolçu hərəyə 4 qırmızı vərəqə alıb.

Onlardan biri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevdir. O, Avropa Liqasının "Braqa", "Bayer", "Ayaks", Misli Premyer Liqasının "Araz-Naxçıvan"la görüşlərində meydandan qovulub. İFFHS Elvinin qitəmiqyaslı eyni turnirdə bir təqvim ilində üç qırmızı almasını "nadir nailiyyət" kimi dəyərləndirib.

Azərbaycan çempionu 2024-cü ildə 4 qırmızı vərəqə alan ilk oyunçu olub. Oktyabrın 24-də "poker"i rəsmiləşən Cəfərquliyevə çatan digər iki futbolçu ona noyabr və dekabrda çatıblar.

Elvinin şərikləri isə braziliyalılardır. Joao Viktor "Vasko de Qama", Alan Rasçel "Yuventud"da fərqlənib. Hər iki oyunçu 4 qırmızı vərəqə alıb.

Qeyd edək ki, meydandan 4 dəfə qovulanlar arasında ən az oyun keçirən Viktordur. O, 37 qarşılaşmada, Rasçel 48, Elvin isə 53 matçda bu qədər cəza alıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest