28 Dekabr 2024, 17:38
FUTBOL
İngiltərə Premyer Liqasının favoritləri bəlli olub.
Matc.az xəbər verir ki, "Opta"komandaların çempionluq ehtimallarını açıqlayıb.
17 turdan sonra 42 xalla çempionatın lideri olan "Liverpul"un şansları daha yüksək qiymətləndirilir. Mersisaydlıların çempionluq ehtimalı 87,8 faizdir.
Bir oyun çox keçirsə də, 6 xal geridə olan "Arsenal"da bu rəqəm 10,7 faizdir. "Çelsi"nin qızıl medallara ümidi 1,3 faizdir. Uğursuz zolağında olan "Mançester Siti"nin şansı 0,2 faizlə dəyərləndirilir.
Qeyd edək ki, 18 matça çıxan "Çelsi"nin 35, "Mançester Siti"nin 34 xalı var.