28 Dekabr 2024, 18:50
FUTBOL
Futbol üzrə Rusiya və Türkiyə milli komandaları yoldaşlıq görüşündə üz-üzə gələ bilərlər.
Matc.az xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev "Rossiya 24" telekanalına açıqlamasında deyib.
O, qarşılaşmanın 2025-ci ildə baş tuta biləcəyini söyləyib.
Qeyd edək ki, hər iki yığma son olaraq 2020-ci ildə UEFA Millətlər Liqasının görüşlərində üz-üzə gəliblər.