"Lans"ın futbolçusu Bris Samba "Renn"lə razılıq əldə edib. 

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Bildirilir ki, 30 yaşlı fransalı qapıçı ilə 4 il yarım müddətində müqavilə imzalanacaq. Klublar arasında sövdələşmə artıq bitmək üzrədir. "Renn" bu transfer üçün 15 milyon avro məbləğində təzminat ödəməyə hazırdır. 

Qeyd edək ki, Bris Samba bu mövsüm "Lans"ın heyətində 17 oyuna çıxaraq 17 qol buraxıb və 7 matç qapısını toxunulmaz saxlayıb. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest