"Sevilya" icarə əsasında çıxış edən futbolçusu Valentin Barko ilə müqaviləni dayandırır. 

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

"Brayton"a məxsus olan 20 yaşlı cinah müdafiəçisi artıq yanvarda icarədən qayıdacaq. İngiltərə klubunun onu yenidən digər kluba icarəyə göndərəcəyi bildirilir.

Qeyd edək ki, Valentin Barko bu mövsüm "Sevilya"nın heyətində 9 oyuna çıxaraq 1 qolun ötürməsini edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest