"Barselona" La Liqanın ikinci hissəsi üçün yarımmüdafiəçi Dani Olmo və hücumçu Pau Viktoru qeydiyyat edə biləcək.

"Barselona" La Liqanın ikinci hissəsi üçün yarımmüdafiəçi Dani Olmo və hücumçu Pau Viktoru qeydiyyat edə biləcək.

Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Bildirilir ki, klubun prezidenti Joan Laporta hazırda təmir işləri aparılan "Kamp Nou" stadionundakı VİP lojanı 100 milyon avroya satmağa nail olub.

Olmonun müqaviləsində "Barselona" onu mövsümün ikinci hissəsi üçün qeydiyyatdan keçirməsə, oyunçunun azad agent olacağı bəndi var.

Xatırladaq ki, Dani Olmo Kataloniya klubuna ötən yay "RB Leypsiq"dən keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest