"İnter" İtaliya A Seriyasında səfədə qələbə qazanıb.

Matc.az xəbər verir ki, Milan təmsilçisi XVIII turda "Kalyari" üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

Ölkə çempionunun heyətində hesabı 53-cü dəqiqədə Alessandro Bastoni açıb. 71-ci dəqiqədə Lautaro Martinez fərqi iki topa çatdırıb. Qarşılaşmada yekun hesabı 79-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Hakan Çalhanoğlu müəyyənləşdirib.

Qeyd edək ki, cari mövsüm A Seriyasında 12-ci qələbəsini qazanan "İnter" turnir cədvəlində 40 xalla ilk sıraya yüksəlib. "Kalyari" isə 14 xalla 18-ci pillədə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest