29 Dekabr 2024, 10:40
FUTBOL
İngiltərənin "Tottenhem" klubunda çıxış edən Mikki van de Ven karyerasını İspaniya təmsilçisi "Real"da davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.
Niderlandlı mərkəz müdafiəçisinin Madrid klubunun istədiyi bütün keyfiyyətlərə malik olduğu bildirilib.
Qeyd edək ki, Mikki van de Ven cari mövsüm 11 matçda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.