29 Dekabr 2024, 11:15
FUTBOL
"Fənərbaxça" "Mançester Siti"nin 33 yaşlı hücumameyilli yarımmüdafiəçisi Kevin De Bruyne Türkiyə klubuna keçəcəyi təqdirdə ona vergidən sonra həftəlik 250 min funt-sterlinq maaş təklif etməyə hazırdır.
Matc.az xəbər verir ki, bu barədə "The Times" məlumat paylaşıb.
Bildirilir ki, Mançester komandasının belçikalı futbolçu ilə gələn ilin yayında başa çatacaq müqavilənin daha bir il uzadılmasını istisna edilmir. De Bruyne ilə "Fənərbaxça"dan başqa, MLS və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.
Qeyd edək ki, bu mövsüm De Bruyne bütün yarışlarda 16 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 35 milyon avrodur.