29 Dekabr 2024, 12:18
FUTBOL
İngiltərənin "Tottenhem" komandasının baş məşqçisi Ange Postekoqlu qovulma təhlükəsi ilə üz-üzədir.
Matc.az xəbər verir ki, London klubu Liqa Kubokunun yarımfinal mərhələsində "Liverpul" səddini keçə bilməsə, yunanəsilli avstraliyalı mütəxəssislə yollar ayrılacaq.
Paytaxt təmsilçisi 59 yaşlı çalışdırıcının rəhbərliyi altında Premyer Liqada keçirdiyi son 5 oyunun 4-də məğlub olub. Komanda turnir cədvəlində 23 xala 12-ci pillədə qərarlaşıb. Rəhbərlik hazırkı durumdan məmnun deyil.
Qeyd edək ki, "Tottenhem" Liqa Kubokunda "Liverpul"la ilk matçını yanvarın 8-də evdə, cavab oyununu isə fevralın 6-da səfərdə keçirəcək.