"Mançester Yunayted" cinah oyunçusu Markus Reşfordu mətbuatda xəbər verildiyi kimi yüksək maaşına görə deyil, nizam-intizamı pozduğuna görə satmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic"in jurnalisti Endi Mitten məlumat paylaşıb.

"Mançester Yunayted"in bütün əvvəlki baş məşqçilərinin Markus Raşfordla problemləri olub. Bu barədə onlarla danışdım. Uzun illərdən bəri baş verənləri mənə anlatdılar.

"Mançester Yunayted" yüksək maaşına görə Rashfordu satmaq istəyir? Yox. Düşünürəm ki, bu məsələdə əsas baş məşqçinin fikridir. Ruben Amorim hər şeyi istədiyi kimi edir. Amorim gülərüz, eyni zamanda da nizam-intizam tərəfdarıdır".

Xatırladaq ki, Reşford son bir neçə matçda komandanın heyətində yer almayıb. "Mançester Yunayted"in onu bu qış sata biləcəyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest