"Yuventus" "Milan"ın futbolçusu Fikayo Tomori ilə maraqlanır. 

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Turin klubunun baş məşqçisi Tyaqo Motta 27 yaşlı mərkəz müdafiəçisini artıq yanvarda öz komandasında görmək istəyir. Lakin klublar arasında hələ rəsmi danışıqların olmadığı bildirilir. 

Qeyd edək ki, Fikayo Tomori bu mövsüm "Milan"ın heyətində 15 oyuna çıxıb. Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest