İngiltərənin "Liverpul" klubunun üzvü Məhəmməd Salah Premyer Liqa tarixində ən çox məhsuldar ötürmə verən 10-cu futbolçu olub.

Matc.az xəbər verir ki, 32 yaşlı hücumçu buna "Vest Hem"ə qalib gəldikləri (5:0) XIX turun oyununda yiyələnib.

Salah qarşılaşmada 1 qol və 2 assistlə yadda qalıb. Misirli forvard çempionatdakı məhsuldar ötürmələrinin sayını 82-yə çatdırıb.

Premyer Liqada bu göstəricidə rekord "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Rayan Giqqzə məxsusdur - 162 assist.

Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm Mersisayd təmsilçisinin heyətində bütün turnirlərdə 26 oyun keçirib, 20 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest