30 Dekabr 2024, 12:00
FUTBOL
Portuqaliya millisinin sabiq futbolçusu Ruben Semedu paytaxt Lissabonda saxlanılıb.
Matc.az xəbər verir ki, bu barədə məlumhatı "Correio da Manh" nəşri paylaşıb.
Səudiyyə Ərəbistanının "Əl-Hor" klubuna məxsus olan 30 yaşlı müdafiəçi ailədaxili zoraxılıqda şübhəli bilinərək tutulub.
Oyunçu dekabrın 29-da sevgilisinə hücum edib və onu zorla bir neçə saat evdə saxlayıb. Daha sonra həmin qız xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Ruben Semedu 2021-ci ildə azyaşlı qıza təcavüzdə ittiham edilib. O, 2018-ci ilin fevralında isə İspaniyadakı gecə klubunun əməkdaşını silahla hədələdikdən sonra həbs edilmişdi. Semedu girov müqabilində həbsxanadan azadlığa buraxılıb.