"Parma"nın müdafiəçisi Voyo Koulibali "Lester"ə keçib.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

"Lester" 25 yaşlı fransız üçün 3 milyon avro ödəyib. Müqavilə 30 iyun 2029-cu ilə qədər imzalanıb.

Qeyd edək ki, bu mövsüm Koulibali "Parma"nın heyətində 15 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest