Braziliyanın həvəskar komandasının qapıçısı Edson Lopes Qama dünyasını dəyişib. Matc.az xəbər verir ki, buna səbəb 16 yaşlı qolkiperin məşq zamanı topun sinəsinə dəyməsi olub.

Qama məşqdə sinəsi ilə penaltinin qarşısını kəsib və dərhal ağrıdan yerə yıxılıb. Sonradan məlum olub ki, yeniyetmə döş sümüyü ilə diafraqma arasında topdan birbaşa zərbə alıb. Futbolçu xəstəxanada dünyasını dəyişib.

Qeyd olunur ki, Lopesin əvvəllər heç bir ürək xəstəliyi diaqnozu qoyulmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest