“Qarabağ”ın Avropa Liqasındakı növbəti rəqibi FCSB-də itki baş verib. Matc.az xəbər verir ki, Rumıniya klubunun futbolçusu Vlad Kirikeş zədələnib.

Əzələsində problem yaranan 35 yaşlı müdafiəçi Antalyadakı təlim-məşq toplanışını erkən tərk edib. O, müalicə üçün Serbiyanın paytaxtı Belqrada yollanıb. Rumıniyalı arxa xətt oyunçusunun “Qarabağ”la görüşdə iştirakı sual altındadı.

Qeyd edək ki, “Qarabağ” - FCSB oyunu yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest