İngiltərə millisinin sabiq baş məşqçisi mərhum Sven-Yoran Erikssonun külli-miqdarda borcu aşkarlanıb. Matc.az xəbər verir ki, isveçli yaxınlarına milyonlarla borc miras qoyub.

Erikssonun 8,6 milyon funt-sterlinq borcu olduğu müəyyənləşib. Sərvəti isə 4,8 milyon funt-sterlinqdi. Bu isə o deməkdi ki, Eriksson 4 milyona yaxın borc qoyub. Borcun əsas hissəsi gəlirlər və gömrük hesablaşmalarının payına düşür.

Qeyd edək ki, Sven-Yoran Eriksson ötən ilin yayında vəfat edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest